top of page

AAMA nədir ?

Xoş gəldiniz

Təşkilat Komitəsi adından Azərbaycan Amerikan Tibb Assosiasiyasına (AAMA) qoşulduğunuza görə sizi salamlamaq və təşəkkür etmək istərdik. Sadəcə bir dəqiqənizi alaraq sizə təşkilat haqqında ümumi məlumat vermək istəyirik. AAMA-nı təşkil etməkdə əsas məqsəd dünyadakı azərbaycanlı amerikalı həkimlərə və üzvlərə xəstə baxımından koordinasiyada ve peşə hazırlığında kömək etmək, tibbi təhsili artırmaqdır. AAMA ABŞ və dünyada azərbaycanlı və amerikalı həkimləri birləşdirəcək bir qurum olaraq missyasını yerinə yetirəcəkdir. Onlayn əməkdaşlıq, konfrans və tədris seminarları vasitəsilə, tibb işçilərinin karyeralarını növbəti pilləyə qaldırmaq üçün müraciət edə biləcəyi bir təşkilat olmaq istəyirik. Məqsədimiz Azərbaycanda gənc mütəxəssislərə mentorluq, şəbəkə və təhsil vasitəsilə imkanlar yaratmaqdır. İnanırıq ki, bu, yalnız üzvlərimiz üçün faydalı olmayacaq, həm də xəstələrin tibbi xidmətini artıracaqdır

bottom of page